Xəzər Xəbər

Liviyada beynəlxalq hava limanına hücum nəticəsində 11 nəfər ölüb

Dünya | 16:31 • 15 Yanvar 2018
Liviyada beynəlxalq hava limanına hücum nəticəsində 11 nəfər ölüb

Liviyada Mitiqa beynəlxalq hava limanına hücum zamanı 11 nəfər ölüb.

APA-nın "Times of Malta” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Tripoli sahə xəstəxanasının direktoru Abdeldayem Al-Rabti məlumat verib.

O bildirib ki, hadisə nəticəsində 38 nəfər xəsarət alıb.

Aeroportun fəaliyyəti müvəqqəti dayandırılıb. Ərazidə olan məktəblərdə dərslər dayandırılıb.

Xəbər lenti