Xəzər Xəbər

10 şəhərə ordu yeridildi

Dünya | 14:21 • 12 Yanvar 2018
10 şəhərə ordu yeridildi

Tunisdə etirazçı kütləni dağıtmaq üçün aksiyaların keçirildiyi 10 şəhərə hərbi qüvvələr göndərilib.

Bu zamana qədər hökumətin kəsr planlarına qarşı həyata keçirilən aksiyalarda 300-dən çox etirazçı həbs edilib.

Polis iğtişaşçılara bibər qazı ilə müdaxilə edib.

Baş nazir Yusif Şahid etirazçıları vandallıqda və dövləti zəiflətməyə çalışmaqda günahlandırıb.

Qeyd edək ki, 7 il əvvəl ikinci "Ərəb Baharı”nın yaşandığı Tunisdə hökumət bir çox məhsullara qoyulan vergini 2018-ci ildən etibarən artırıb. Buna bağlı qiymətlər də bahalaşıb./publika.az

Xəbər lenti