Xəzər Xəbər

Kaspşik yenidən ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub - 22-ci dəfə

Dünya | 14:00 • 12 Yanvar 2018
Kaspşik yenidən ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub -

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatı növbəti dəfə bir il müddətinə uzadılıb.


Bu barədə müvafiq qərar ATƏT Daimi Şurasının yanvarın 11-də keçirilmiş iclasında açıqlanıb.

Polşalı diplomat 22-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.

A. Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından daşıyır.

Qeyd edək ki, bu il ATƏT-ə sədrlik İtaliyaya keçib.

Xəbər lenti