Xəzər Xəbər

Ceyhan limanına İraq neftini nəql edən kəmərin təmiri başa çatır

Dünya | 13:59 • 12 Yanvar 2018
Ceyhan limanına İraq neftini nəql edən kəmərin təmiri başa çatır

Ceyhan limanına İraq neftini nəql edən boru kəmərinin təmiri tezliklə başa çatacaq.

Bu barədə İraqın Baş naziri Heydər əl-Abadi deyib.


"Türkiyə ilə Kərkük və Mosulda hasil edilən neftin nəqli üzrə, eləcə də digər bütün sahələrdə əlaqələrimizin davam etməsini istəyirik”, - deyə nazir bildirib.


O, 2017-ci ildə İraq Kürdüstan Regional Rəhbərliyində (İKRR) 7,5 milyard dollarlıq neft ixrac olunduğunu deyib.


Qeyd edək ki, İraq Kürdüstan Regional Rəhbərliyində keçirilən mübahisəli müstəqillik referendumdan sonra İraq hökumət qüvvələrinin nəzarətinə keçən Kərkükdə oktyabr ayından etibarən Kərkük-Ceyhan boru xətti ilə neft ixracı mümkün olmayıb.

Xəbər lenti