Xəzər Xəbər

““Murdar” ölkələrdən gələn immiqrantlar bizə lazım deyil” Tramp

Dünya | 12:48 • 12 Yanvar 2018
““Murdar” ölkələrdən gələn immiqrantlar bizə lazım deyil”

ABŞ Haitidən və "murdar” Afrika ölkələrindən gələn immiqrantları deyil, Norveç kimi ölkələrdən olan immiqrantları qəbul etməlidir.

Bunu ABŞ prezidenti Donald Tramp Demokratlar Partiyasından və Respublikaçılar Partiyasından olan konqresmenlərlə görüşündə deyib.

Ağ ev Trampın belə sözlər işlətdiyini inkar etməyib: "Vaşinqtondakı bəzi siyasətçilər digər ölkələrin maraqları uğrunda mübarizə aparmağa üstünlük verirlər, amma prezident Amerika xalqının maraqları uğrunda həmişə mübarizə aparacaq”.

Qeyd edək ki, hələ bir neçə ay bundan əvvəl Tramp Haitidən olan immiqrantların ünvanına təhqiramiz sözlər işlədərək, deyib ki, Haitidən olan bütün insanlar QİÇS xəstəliyinə tutulublar.

Xəbər lenti