Xəzər Xəbər

Berdıməhəmmədov bütün yolları “ağardır” Qəribə qadağa qüvvəyə mindi

Dünya | 12:10 • 12 Yanvar 2018
Berdıməhəmmədov bütün yolları “ağardır”

Türkmənistan polisi ölkə yollarında ağ rəngli avtomobillərdən başqa bütün maşınları saxlamağa başlayıb.

XəzərXəbər xəbər verir ki, saxlanılan avtomobillər heç bir səbəb gətirilmədən cərimə meydançalarına aparılır. Polis daha sonra sürücülər qarşısında şərt qoyaraq onların ya avtomobillərini ağ rəngə boyamalarını, ya da sürücülükdən imtina etmələrini istəyir.

Hökumətin yeni tələbi artıq avtoservislərdə də özünü göstərməyə başlayıb. Ölkədə maşın rənglənməsinin qiyməti 500 dollardan 1000 dollara qədər artıb.

Qeyd edək ki, Türkmənistanda tünd rəngli avtomobillərin istifadəsinə yanvarın 2-də prezident Qurbanqulu Berdıməhəmmədov tərəfindən qadağa qoyulub. Prezidentin əmri ilə ölkə vətəndaşlarına bundan sonra yalnız ağ rəngdə avtomobil istifadə etmələrinə icazə verilib. Mətbuatın iddiasına görə, türkmən lider bu addımı ağ rəngin uğur gətirəcəyinə inandığına görə atıb (axar.az).

Xəbər lenti