Xəzər Xəbər

BMT-dən Əfqanıstana DƏSTƏK 7 ildən sonra...

Dünya | 11:48 • 12 Yanvar 2018
BMT-dən Əfqanıstana DƏSTƏK

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) 7 illik fasilədən sonra Əfqanıstana səfər etməyi planlaşdırır.

Bu barədə yanvar ayı ərzində şuranın sədr vəzifəsini üzərinə götürən Qazaxıstanın BMT-dəki daimi təmsilçisi Kayrat Umarov məlumat verib.

Onun sözlərinə görə, BMT TŞ müharibədən zərər görmüş Əfqanıstandakı vəziyyəti canlı şəkildə görmək məqsədilə bu ölkəyə səfər etməyi planlayır. BMT bu addımla həm də əfqan xalqının yanında olduğunu göstərmək istəyir.

K.Umarov planlaşdırılan səfərin tarixinə dair hər hansı informasiya verməyib.

Bu səfər planının Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Herbert Raymondun BMT TŞ-ni Əfqanıstan mövzusunda xəbərdar etməsindən sonra açıqlanması diqqət çəkib./publika.az

Xəbər lenti