Xəzər Xəbər

Tramp: Əcnəbiləri izləmə proqramı uzadılmalıdı

Dünya | 11:01 • 12 Yanvar 2018
Tramp:

Amerika prezidenti Donald Тramp konqresi əcnəbilərə qarşı casusluq proqramının fəaliyyət müddətini uzatmağa çağırıb.

O, söz verib ki, proses zamanı amerikalılar təsadüfi olaraq belə, izlənməyəcək.

"Mən şəxsən bu vəzifəyə gəldikdən sonra (izləmənin məlumat bazasına təsadüfən düşən amerikalıların kimliyinin-RT) açıqlanma prosesinə düzəliş verməyi əmr etmişəm. Bugünkü səsvermə xarici ərazidə olan xarici "pis qaqaşların" xarici izlənməsinə aiddir. Bu, bizə lazımdır! Gəlin, ağıllı olaq!"- deyə dövlət başçısı öz Twitter hesabında yazıb.

Xatırladaq ki, digər ölkələrin sakinlərinə qarşı casusluq proqramının mövcudluğu haqda Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq əməkdaşı Edvard Snoudenin təqdim etdiyi sənədlərin dərc olunmasından sonra məlum olub./Faktxəbər

Xəbər lenti