Xəzər Xəbər

Putin: Bu raundu Kim Çen In qazanıb

Dünya | 10:53 • 12 Yanvar 2018
Putin:
Rusiya prezidenti Vladimir Putin Koreya Xalq Demokratik Respublikasında (KXDR) mövcud böhranla bağlı fikirlərini bölüşüb. O, bildirib ki, KXDR lideri Kim Çen In hazırki raundu qazanıb və vəziyyəti stabilləşdirməyi bacarıb.

Rusiya mətbuatı və xəbər agentliklərinin rəhbərləri ilə görüşdə Vladimir Putin daha sonra bunları deyib: "Əlbəttə, cənab Kim Çen In bu raundu qazanıb. O, öz strateji problemini həll edib. Əlində nüvə başlığı var, 13 min kilometrlik mənzilə sahib və demək olar ki, dünyanın hər yerinə, ən azından ehtimal olunan düşmənlərinin torpaqlarında hər məntəqəyə çatacaq raketi var. O, əminliklə ağıllı və yetkin bir siyasətçidir"./FaktXəbər

Xəbər lenti