Xəzər Xəbər

Jirinovskidən Ukraynaya təhdid: Sizi güllələyəcəyik

Dünya | 10:31 • 12 Yanvar 2018
Jirinovskidən Ukraynaya təhdid:

"Rossiya 1" telekanalında yayımlanan "60 dəqiqə" verilişində Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ukraynalı politoloq Vadim Tryuxana qarşı sərt ifadələr işlədib.

XəzərXəbər xəbər verir ki, buna səbəb isə ukraynalı politoloqun Jirinovskinin çıxışını sirk adlandırması olub.

"Sizi güllələyəcəyik, alçaq və vicdansızlar. Siz əclaf və cinayətkarsınız. Siz artıq 10 min nəfəri məhv etmisiz. Hər biri üçün cavab verəcəksiz", - deyə Jirinovski bildirib (Axar.az).

Xəbər lenti