Xəzər Xəbər

“Babam Rusiyaya qarşı döyüşdə həlak olub” Ərdoğan

Dünya | 10:19 • 12 Yanvar 2018
“Babam Rusiyaya qarşı döyüşdə həlak olub”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, onun babası Birinci Dünya Müharibəsində Rusiyaya qarşı vuruşub və həlak olub.

XəzərXəbər xəbər verir ki, bu barədə "Rosbalt” nəşri məlumat yayıb.

"Sarıqamış əməliyyatlarından sonra bizim kəndin bəzi sakinləri geri qayıdanda danışırdılar ki, mənim babamın əlində silahla donduğunu görüblər”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyənin Müdafiə Nazirliyi bəyan edib ki, arxivlərdə Rizə vilayətinin Ulucami kəndinin sakini olan Ərdoğanın babası Mustafanın 1915-ci ilin yanvarında hərbi xidmət zamanı həlak olmasına dair sənəd var.

Qeyd edək ki, Sarıqamış döyüşü 1914-1915-ci illərin qışında baş verib. Döyüş türk ordusunun məğlubiyyəti il başa çatıb.

Xəbər lenti