Xəzər Xəbər

Satılan ən bahalı rəsm əsəri saxta çıxdı

Dünya | 18:13 • 11 Yanvar 2018
Satılan ən bahalı rəsm əsəri saxta çıxdı

İtaliyanın Genuya şəhərində ötən il Modigliani sərgisində nümayiş etdirilən 21 rəsm əsərindən 20-si saxta çıxdı.

İtalyan rəssam Amedeo Klemente Modiglianinin işlədiyi rəsm əsərlərini ötən il on minlərlə tamaşaçı izləyib.

Sərgi ilə bağlı bəzi mütəxəssislər əsərlərin saxta olduğunu iddia etmişdi. Bu iddialardan sonra başlayan və bir neçə ay davam edən tədqiqat nəticəsi dünən məhkəməyə təqdim edilib. Məlum olub ki, əsərlərdən 20-i saxtadır. 21 rəsm əsərindən yalnız 1-i orijinaldır./olke.az

Xəbər lenti