Xəzər Xəbər

17 nəfər öldü, avtomobillər dondu, küçəyə çıxma qadağan edildi, həyat durdu… – “Bomba qasırğası”

Dünya | 17:01 • 11 Yanvar 2018
17 nəfər öldü, avtomobillər dondu, küçəyə çıxma qadağan edildi, həyat durdu…

ABŞ-ın Massaçusets ştatının paytaxtı Bostonda baş verən qar fırtınası və soyuq hava səbəbindən həyat dayanma nöqtəsinə gəlib.

Bostondan yayılan fotolarda donmuş avtomobillər görünür. Revere bölgəsindən yayılan görüntüdə isə bölgəni əvvəlcə sel basdığı, daha sonra isə qar yağdığı bildirilir.

"Bomba qasırğası” kimi tanınan qar fırtınası və soyuq hava səbəbindən məktəblər və dövlət idarələri bağlanılıb, xalqa məcburi olmadıqları müddətcə çölə çıxmamaları xəbərdarlığı edilib.

Şiddətli külək və qar yağışının olduğu şimal-şərq sahilində minlərlə adam elektriksiz qalıb.

Hava şəraiti səbəbilə 3 mindən çox uçuş ləğv edilib.

Ölkəni təsiri altına alan dondurucu soyuqlar səbəbindən son bir həftədə 17 nəfərin həyatını itirdiyi bildirilir.


Xəbər lenti