Xəzər Xəbər

Ermənistanı sabiq xarici işlər nazirinə təzminat ödəməyə məcbur ediblər

Dünya | 15:35 • 11 Yanvar 2018
Ermənistanı sabiq xarici işlər nazirinə təzminat ödəməyə məcbur ediblər

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Ermənistanın keçmiş xarici işlər naziri, "Vətəndaş itaətsizliyi" siyasi hərəkatının lideri Aleksandr Arzumanyanın işi üzrə hökm çıxarıb.

Bu barədə "Report" Məhkəmənin Mətbuat xidmətinə istinadən xəbər verir.

AİHM A.Arzumanyanın qaldırdığı iddia əsasında onun 2007-ci ilin may ayında həbs edilməsi üçünkifayət qədər əsas olmadığı qənaətinə gəlib.

Məhkəmə İnsan Haqları üzrə Avropa Konvensiyasının 5-ci maddəsinin (azadlıq və təhlükəsizlik hüququ/məqbul zamanda məhkəmə qarşıdurması və ya mühakimə qarşıdurmasına qədər azadlıq hüququ) pozulduğu qənaətinə gəlib.

Buna görə də Ermənistan A.Arzumanyana 2000 avro məbləğində təzminat ödəməli və eyni zamanda məhkəmə xərclərini çəkməli olacaq.

Qeyd edək ki, iddiaçı A.Arzumanyan 2007-ci ilin may ayında həbs olunub. Hakimlər cinayətin ağırlığına və A.Arzumanyanın istintaqdan qaça biləcəyi riskinə əsaslanıb onun həbs edilməsinə dair hökm çıxarıb. A.Arzumanyanın etirazlarına baxmayaraq, onun həbs müddətini analoji səbəblərlə sentyabr ayına - azadlığa buraxılana qədər uzadıblar.

Xəbər lenti