Xəzər Xəbər

Rusiya Hindistana 200 ədəd helikopter satacaq

Dünya | 14:51 • 11 Yanvar 2018
Rusiya Hindistana 200 ədəd helikopter satacaq

Rusiyanın "Rosoboroneksport" şirkəti ilə Hindistanın "Hindustan Aeronautics Limited" (HAL) koorparasiyası arasında 2018-ci ilin ilk rübündə dəyəri 1 milyard dollar olan müqavilə imzalanıb. "Rusiya 24" telekanalı məlumat verir ki, Rusiya tərəfi Hindistanı 200 ədəd "Кa-226Т" tipli helikopterlə təmin edəcək.

Müqaviləyə əsasən, helikopterlərin 60 ədədi Rusiyada, qalan 140 ədədi isə Hindistanda yığılacaq. 140 vertolyot Hindistanın yerli istehsalçısı olan "Hindustan Aeronautics Limited" şirkətinin iştirakı ilə istehsal olunacaq./FaktXəbər

Xəbər lenti