Xəzər Xəbər

"Trampın prezidentə zəng etməyə cürəti çatmadı" Baş nazir

Dünya | 09:48 • 12 Dekabr 2017
"Trampın prezidentə zəng etməyə cürəti çatmadı"

"Qüds məsələsində Türkiyənin mövqeyi dəyişilməz olaraq qalacaq. Biz heç vaxt Qüdsü İsrailin paytaxtı kimi tanınmasını qəbul etməyəcəyik"

Bunu Türkiyənin baş naziri Binəli Yıldırım parlamentdə çıxışı zamanı deyib.

Baş nazir Qüdsü İsrailin paytaxtı kimi tanımasına görə ABŞ prezidenti Donald Trampı sərt tənqid edib. Bildirib ki, Tramp bu məsələ ilə bağlı Türkiyə prezidentinə zəng etməyib.

"Prezidentimizin mövqeyi bəllidir. Trampın cənab Ərdoğana zəng etməyə cürəti çatmadı. Biz günlərdir dünyanı bu məsələyə görə hərəkətə gətirməyə çalışırıq. Rusiya prezidenti Vladimir Putinin bu gün Türkiyədə olması təsadüfi deyil. Bundan əlavə İslam Əməkdaşlıq Təşkilatının toplantısı keçiriləcək. Biz sonadək mövqeyimizi qoruyacağıq"- B.Yıldırım qeyd edib.

Xəbər lenti