Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili sərbəst buraxılıb.
Kiyevin Peçerski rayon məhkəməsi sabiq
prezidentin ev dustaqlığına məhkum edilməsi ilə bağlı vəsatəti təmin
etməyib.
Saakaşvili Ali Rada deputatlarının zaminliyi ilə məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, dekabrın 8-də Kiyevdə
saxlanılan Saakaşvili cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və
onların cinayət əməllərinin gizlədilməsi maddələri ilə ittiham
olunurdu.