Xəzər Xəbər

Hər il dünyada 1 trln. dollar vəsait rüşvətə yönəldilir - BMT

Dünya | 17:29 • 11 Dekabr 2017
Hər il dünyada 1 trln. dollar vəsait rüşvətə yönəldilir -

Hər il dünya üzrə təxminən 1 trln. ABŞ dolları həcmində vəsait rüşvətə yönəldilir. "Report"un "Vedomosti" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Beynəlxalq Korrupsiya Gününə həsr olunmuş hesabatında yayımlanıb.

Hesabatda bildirilir ki, dünya iqtisadiyyatı daha 2,6 trln. dolları korrupsiya səbəbindən itirir. Bu da qlobal iqtisadiyyatın 5%-nə bərabərdir. İnkişaf etməkdə olan ölkələrdə oğurlanan pullar isə onlara verilən xeyriyyə vəsaitini 10 dəfə üstələyir.

"Korrupsiya hər hansı cəmiyyətin sosial-iqtisadi inkişafını dayandıracaq ciddi cinayətdir. Bu cinayətdən isə heç bir ölkə, region və ya birlik sığortalanmayıb", - deyə hesabatda qeyd edilir.

Xəbər lenti