Xəzər Xəbər

Üç ölkə KXDR sərhədlərində birgə təlimlərə başlayıblar

Dünya | 14:25 • 11 Dekabr 2017
Üç ölkə KXDR sərhədlərində birgə təlimlərə başlayıblar

Yaponiya, ABŞ və Cənubi Koreya dekabrın 11-də Koreya Xalq Demokratik Respublikasının sərhədləri yaxınlığında birgə hərbi-dəniz təlimlərinə başlayıblar.


AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, iki gün davam edəcək təlimlərdə sürətlə aşkaretmə sistemləri ilə təchiz edilmiş ABŞ hərbi-dəniz qüvvələrinin "Stethem” esminesi, Cənubi Koreyanın "Soe Yu Sonnyon” və Yaponiyanın "Çyokay” gəmiləri iştirak edir.


Yaponiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, təlimlərin məqsədi hərbi-dəniz qüvvələrinin taktiki potensialının yüksəldilməsi və üç ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsidir. Təlimlər zamanı hərbçilər Şimali Koreya tərəfindən ballistik raketlərinin şərti buraxılışı ilə əlaqədar gəmilər arasında informasiya mübadiləsinin təşkili üzərində işləyirlər.

Xəbər lenti