Xəzər Xəbər

Vladimir Putin Suriyaya səfər edib

Dünya | 14:10 • 11 Dekabr 2017
Vladimir Putin Suriyaya səfər edib

Rusiya Prezidenti Vladimir Putin Suriyaya səfər edib.

"Report” TASS-a istinadən xəbər verir ki, o, Suriyanın Xmeymim bazasında yerləşən Rusiya hərbi bazasına baş çəkib.

Hərbi bazada V.Putini Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu, Moskvanın Suriyadakı hərbi komandanlığının rəisi general-polkovnik Sergey Surovikin, BMT-nin Suriyada tanıdığı hökumətin başçısı Bəşşar Əsəd qarşılayıb.

Qeyd edək ki, V.Putinin bu gün Suriyadan Türkiyə gələcəyi gözlənilir.

Xəbər lenti