Xəzər Xəbər

Türkiyədə mina partlayıb, bir hərbçi şəhid olub, biri yaralanıb

Dünya | 12:59 • 11 Dekabr 2017
Türkiyədə mina partlayıb, bir hərbçi şəhid olub, biri yaralanıb

Türkiyənin Şırnak əyalətinin Gabar Dağı hissəsində terorçu PKK qruplaşmasının yola döşədiyi minaların partladılması nəticəsində bir hərbçi şəhid olub, biri yaralanıb.

Xezerxeber.az "Anadolu"ya istinadən xəbər verir ki, məlumatı Jandarm Sərhəd Diviziyasının komandanlığı yayıb. Yaralı hərbçi xəstəxanaya yerləşdirilib.

Bölgədə antiterror əməliyyat aparılır.

Xəbər lenti