Xəzər Xəbər

Güclü qar, külək və yağış: Avropada nəqliyyatın hərəkətini iflic oldu

Dünya | 12:38 • 11 Dekabr 2017
Güclü qar, külək və yağış:

Son dörd ilin ən güclü qarı Böyük Britaniyada çox sayda aviareysin ləğvinə və təxirə salınmasına səbəb olub.

Britaniya paytaxtının əsas hava limanı olan Hitrou hələlik rəsmən açıq sayılsa da, reyslər böyük ləngimələrlə həyata keçirilir. Hökumət orqanları ölkənin avtomobil yollarında çoxsaylı qəzaların olduğunu və bəzi rayonların elektrik təminatında fasilələr yarandığını bildiriblər.

Almaniyanın maliyyə paytaxtı Frankfurtda şaxtalar və güclü qar səbəbindən 300-dən çox aviareys ləğv olunub, Düsseldorf şəhərinin hava limanı isə dörd saat bağlı qalıb. Qərbi Reyn-Vestfaliya torpağında qatarların hərəkətində ləngimələr qeydə alınıb, onların bir hissəsi digər dəmiryol vağzallarına yönəldilib.

Fransada göyərtəsində 300-dən çox sərnişinin olduğu bərə güclü külək səbəbindən Kale limanı rayonunda saya oturub. İnsident nəticəsində xəsarət alanlar olmasa da, digər gəmilərin limana girişi və çıxışında çətinliklər yaranıb.

Leysan yağışları Korsikanın hökumət orqanlarını adanın hava limanını bağlamağa məcbur edib.

Xəbər lenti