Xəzər Xəbər

ABŞ terrorçulara 2018-ci ildə 50 təyyarə silah verəcək

Dünya | 11:51 • 11 Dekabr 2017
ABŞ terrorçulara 2018-ci ildə 50 təyyarə silah verəcək

ABŞ Müdafiə Nazirliyi İraq və Suriyada bitirildiyi elan edilən İŞİD-lə "döyüşməsi" üçün 2018-ci ildə YPG-yə (PKK-nın suriya qolu) 500 milyon dollarlıq silah, texnika, sursat və avadanlıq verəcək.

İŞİD-ə qarşı ən böyük əməliyyatların keçirildiyi 2017-ci ildə büdcə 430 milyon dollara olsa da, ABŞ hərbi yardımının İŞİD-in zəiflədiyi dövrdə getdikcə artması diqqət çəkir.

Ediləcək silah yardımının büdcəsi 104 milyon dollar olaraq hesablanıb. Büdcə açıqlamasında 12 min ədəd AK-47 "Kalaşnikov" avtomatı, 6 min PKM pulemyotu, 3 min 500 ədəd DShK iriçaplı pulemyotu, 3 min ədəd RPQ-7 minaatan, 1000 ədəd Türkiyədə PKK-çılardan müsadirə edilən AT-4 və ya SPS-9 mürəkkəb anti-tank raketi, 80 ədəd 60 mm, 80 ədəd 82 mm və 75 ədəd 120 mm qaubitsa var. Bu silahlarda istifadə ediləcək sursat üçün isə 157.6 milyon dollar ayrılıb.

Silah və hərbi texnikadan başqa YPG terrorçularına 104.5 milyon dollarlıq döyüş avadanlığı veriləcək. Bu avadanlıqların arasında 25 min uniforma və şəxsi təchizat, 500 metal detektoru, 450 min pilotsuz uçuş aparatı, 500 ədəd peyk telefonu, 150 gecəgörmə binoklu, 580 işıqlı qol saatı və 100 ədəd baş lampası da yeni ildə terrorçulara veriləcək.

Əməliyyatın ən mühüm hissəsi olaraq görünən silah, sursat, texnika və avadanlıqların nəqliyyatına 40 milyon dollar ayrılıb. Bu silahlar 77 ton yük daşıya bilən "Boeing" istehsalı "C-17" hərbi yük və yük təyyarəsi tərəfindən 50 səfərlə daşınacaq. "C-17"nin bir səfəri 500 min dollar hesablanıb. 50 səfər üçün 25 milyon dollar büdcə ayrılıb. Ancaq bu təyyarələr Suriyaya enmədiyi üçün silah, sursat, texnika və avadanlıqlar əvvəl İordaniya və Küveytə çatdırılacaq. Oradan isə quru yolu ilə Suriyaya aparılacaq. Avtomobil yolunda çatdırılmanın dəyəri isə 15 milyon dollar hesablanıb.

Büdcədə ətraf mühit və qida təmizliyi, enerji istehsal edən generatorlar, su, çirkab suyu xərci, hamam, ayaqyolu və nəzarət xərcləri üçün də 6.1 milyon dollarlıq hissə ayrılıb. ABŞ Suriyada təlim verdiyi YPG terrorçularına təlim müddətində 200-400 dollar arasında maaş verəcək. Maaş və əməliyyat dəstəyi üçün 2018-ci ildə 60.6 milyon dollar büdcə ayrılıb./faktxəbər

Xəbər lenti