Xəzər Xəbər

Dünyanın danışdığı fələstinli uşağın yeri bilindi FOTO

Dünya | 11:17 • 11 Dekabr 2017
Dünyanın danışdığı fələstinli uşağın yeri bilindi

ABŞ prezidenti Donald Trampın Qüds qərarı Fələstin küçələrində yeni bir intifadanın başlanmasına səbəb oldu. Bütün dünya Fələstində baş verənlərdən anbaan məlumat verərkən, gündəmə bir foto damğasını vurmuşdu.

Şəkildə İsrail əsgərləri tərəfindən saxlanılan 14 yaşlı Fevzi Əl-Cunidi adlı fələstinli uşaq gözləri bağlı halda aparılır.

22 İsrail əskəri tərəfindən gözləri bağlı halda saxlanılan Muhəmməd Əl–Cunidinin ailəsi övladlarından xəbər almadıqlarını bildiriblər.

Uşağın əmisi Rəhad Əl –Cunidi baş verənlər haqqında deyir: «Bu fotoya baxmaq başqalarına bu qədər acı verərkən, gör ailəsi olaraq biz nələr çəkirik. 14 yaşındakı silahsız bir uşağı cani kimi həbs ediblər. Ətrafdakılardan onun yaralı olduğunu öyrəndik. Görüşməyə izn vermirlər. Atası və anası çox xəstədi. Atası 5 əməliyyt keçirib. Ailəsinin qayğısına Fevzi qalırdı. Həmin vaxt da valideynlərinə dərman almaq üçün çıxmışdı. Müdafiəsiz uşağa necə belə vəhşicəsinə davranmaq olar? Bizə sadəcə bu gün saat 13.30-da məhkəməsinin olacağı deyildi. Nə vəziyyətdə olduğuna dair heç bir məlumatımız yoxdur. Ancaq bunlar bizi qorxutmaz. Mübarizəmiz hər zaman davam edəcək. Biz Fələstinin uşaqlarıyıq. Bu qərara əsla razı olmayacağıq. Uşaqlarımıza qəlbinə və ağlına Qüdsün Fələstinin paytaxtı olduğunu həkk etdik. Bu, əsla silinməz».

Anadolu Ajansı bildirir ki, Cunidi Beytullahim yaxınlığında hərbi həbsxanada saxlanılır.

faktxəbər

Rubrikanın digər xəbərləri

Xəbər lenti