Xəzər Xəbər

Venesuelada müxalifət seçkilərə buraxılmayacaq

Dünya | 10:48 • 11 Dekabr 2017
Venesuelada müxalifət seçkilərə buraxılmayacaq

Venesuela prezdenti Nikolas Maduro müxalifət partiya liderlərinin gələn il keçiriləcək prezident seçkilərində iştiraka buraxılmayacağını bəyan edib.

Uyğun qərar Milli Qurucu Təsis tərəfindən qəbul edilib.

Bildirilir ki, bazar günü keçirilən bələdiyyə seçkilərində iştirak etmədikləri və boykota çağırdıqları üçün belə bir qətnamə qəbul edilib.

Əsas müxalifət partiyalar «Ədalət – hər şeydən üstündür» və «Xalq iradəsi» «bu gündən mövcudiyyətlərini dayandırırlar», - deyə Venesuela prezidenti bəyan edib.

Maduro həmçinin bildirib ki, Venesuelanın yeni konstitusiyası 2019-cu ildə referenduma çıxarılacaq. Hazırda Venesuelada 1999-cu ildə Uqo Çavesin prezidentliyi dövründə qəbul olunun kostitusiya qüvvədədir./faktxəbər

Xəbər lenti