Xəzər Xəbər

Putinin Türkiyə səfərinin proqramı məlum oldu

Dünya | 10:05 • 11 Dekabr 2017
Putinin Türkiyə səfərinin proqramı məlum oldu

Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyəyə səfər edəcək.

Türkiyə və Rusiya prezidentləri Bakı vaxtilə saat 19:30-da təkbətək görüş keçirəcəklər.

Saat 20:00-da isə Türkiyə və Rusiya rəhbərliyi nümayəndə heyətinin iştirakı ilə şam yeməyi veriləcək.

Bakı vaxtı ilə saat 22:00-da isə Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin birgə mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandıracaq.

Putinin səfəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gerçəkləşəcək.
Məlumata əsasən, səfər zaman iki ölkə arasında münasibətlər, Qüds məsələsi, Suriyada vəziyyət və digər regional, beynəlxalq məsələlər müzakirə ediləcək.

Xəbər lenti