Cənubi Koreya hökuməti Koreya Xalq Demokratik Respublikasına qarşı yeni sanksiyalar qəbul edib.
Xarici KİV-in yaydığı məlumata görə, dekabrın 11-dən qüvvəyə minəcək sanksiyalar KXDR-in 20 şirkətinin və 12 vəzifəli şəxsinin "qara siyahı”ya salınması ilə bağlıdır. Bunlar əsasən Şimali Koreyanın bankları və logistika şirkətləri, onların xarici ölkələrdəki nümayəndələri, KXDR xüsusi xidmət orqanlarının xaricdəki əsas fiqurlarıdır.