Xəzər Xəbər

Ukraynanın 80-dən çox yaşayış qəsəbəsində işıq kəsilib

Dünya | 13:10 • 10 Dekabr 2017
Ukraynanın 80-dən çox yaşayış qəsəbəsində işıq kəsilib

Ukraynanın iki vilayətinin 80-dən çox yaşayış qəsəbəsi mürəkkəb hava şəraiti ilə əlaqədar elektrik enerjisindən məhrum olub.


Xezerxeber.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, dekabrın 9-da və dekabrın 10-da gecə hava şəraitinin pisləşməsi, yağış, sulu qar səbəbindən Lvov vilayətinin 43, Zakarpatsk vilayətinin 42 yaşayış qəsəbəsinə elektrik enerjisinin verilməsində problem yaranıb.

Bu yaşayış qəsəbələrinin elektrik enerjisi təchizatının bərpası istiqamətində iş aparılır.

Xəbər lenti