Xəzər Xəbər

Astana aeroportunda 15-dən çox reys təxirə salınıb

Dünya | 12:49 • 10 Dekabr 2017
Astana aeroportunda 15-dən çox reys təxirə salınıb

Astanada güclü qar yağması ilə əlaqədar Nursultan Nazarbayev beynəlxalq aeroportunda 15-dən çox reys təxirə salınıb, dördü isə ləğv olunub.


AZƏRTAC xəbər verir ki, ləngimələr Qazaxıstan aviaşirkətlərinin reyslərinə şamil edilib.


Qazaxıstan meteoroloji xidmətlər idarəsi - "Kazqidromet” dekabrın 10-11-də Astanada çovğun və yolların buz bağlamasının gözlənildiyini bildirmişdi.


Almatı şəhərində "Air Astana” aviaşirkətinə məxsus təyyarə uçuş-enmə zolağından kənara çıxıb. Almatı–Banqkok reysi üzrə hərəkət edən təyyarə də uçuş-enmə zolağından kənara çıxıb. Sərnişinlər başqa təyyarə ilə Banqkoka göndərilib.

Xəbər lenti