Xəzər Xəbər

ABŞ-da təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

Dünya | 10:08 • 10 Dekabr 2017
ABŞ-da təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində bir mühərriki olan təyyarə qəzaya uğrayıb.


Xezerxeber.az-ın CBS telekanalına istinadən verdiyi məlumata görə, "Beechcraft Bonanza" markalı təyyarənin göyərtəsində 4 nəfər olub.

Təyyarə "Montqomeri Fild" aeroportundan havaya qalxdıqdan sonra pilot mühərrikdə problem yarandığı barədə məlumat verib və aeroporta geri qayıtmağa cəhd edib. Pilot təyyarə böyük sürətlə yerə endirməyi bacarsa da, qəzadan qaçmaq mümkün olmayıb. Təyyarə yaşayış evinə çırpılıb. Ancaq xoşbəxtlikdən həmin an evdə heç kim olmayıb.

Qəza nəticəsində təyyarədə olan 4 nəfərdən 2-i ölüb, 2-i yaralanıb.

Xəbər lenti