Xəzər Xəbər

Çində yanğın nəticəsində 8 nəfər həlak olub

Dünya | 09:53 • 10 Dekabr 2017
Çində yanğın nəticəsində 8 nəfər həlak olub

Çinin Quandun vilayətindəki Xayfen qəsəbəsində baş verən yanğında ən azı 8 nəfər ölüb.


AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bir nəfər hadisə yerində, bir nəfər xəstəxanaya aparılarkən yolda ölüb. Xəsarət alanlardan 6-sının həyatını həkimlərin səylərinə baxmayaraq, xilas etmək mümkün olmayıb.


Hazırda faktla əlaqədar təhqiqat aparılır.

Xəbər lenti