Xəzər Xəbər

Almaniya vətəndaşları ABŞ-dan çox Rusiyaya etibar edirlər - SORĞU

Dünya | 09:23 • 10 Dekabr 2017
Almaniya vətəndaşları ABŞ-dan çox Rusiyaya etibar edirlər -

ARD-Deutschland-Trend tərəfindən keçirilən rəy sorğusu Almaniya vətəndaşlarının ABŞ-dan çox Rusiyaya etibar etdiklərini üzə çıxarıb. Sorğunun nəticələri şənbə günü BİLD tabloidində dərc olunub.

Xezerxeber.az məlumat verir ki, nəşrin yaydığı məlumata görə, sorğuda 1504 nəfər iştirak edib. Onların 28 faizi Rusiyaya, yalnız 25 faizi ABŞ-a etibar etdiklərini bildirib. BİLD yazır ki, bu, Vaşinqtonun öz etibarını sürətlə itirdiyini göstərir. 2008-ci ildə almanların 80 faizi hesab edirdi ki, amerikalı tərəfdaşlara bel bağlamaq olar. 2013-cü ildə bu fikirdə olanların sayı 60 faizə enmişdi. Almaniya vətəndaşlarının ABŞ-a indiki münasibətini isə bir çox cəhətdən Prezident Donald Trampın siyasəti diktə edir.

Sorğunun nəticələrinə əsasən, etimad göstəricisi səviyyəsi üzrə birinci yeri Fransa tutur. Ona almanların 93 faizi etibar edir. "Brexit”ə baxmayaraq, Böyük Britaniyaya etibar edənlərin sayı da kifayət qədər çoxdur – 62 faiz.

Xəbər lenti