Xəzər Xəbər

Amerikalı agentdən Ərdoğana TƏHDİD: 2019-cu il seçkilərində...

Dünya | 19:13 • 9 Dekabr 2017
Amerikalı agentdən Ərdoğana TƏHDİD:

Amerikalı agent Qraham Fuller Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhdid edib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş vəzifəli şəxslərindən olan, casusluq şübhəsi ilə haqqında həbs qərarı verilən Q.Fuller haqqındakı iddialara cavab verərkən Ərdoğanın 2019-cu il seçkilərində ağır nəticələrlə üzləşəcək.

Çıxışı zamanı həddini aşan Fuller bildirib ki, Ərdoğan iqtidardakı hakimiyyətinin 10-cu ilində -2011-ci ildə istefa etsəydi, əldə etdiyi nailiyyətlərə görə ölkəsinin ən böyük naziri olaraq tarixə düşərdi.

Qeyd edək ki, 2017-ci il dekabrın 1-də İstanbul Respublika Prokurorluğu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş vəzifəli şəxslərindən olan Qraham Fuller haqda həbs qərarı verib. O, Türkiyə hökumətini devirməyə, dövlətin gizli məlumatlarını siyasi və hərbi casusluq fəaliyyəti əsasında paylaşmağa təşəbbüsdə ittiham edilib. Onun Türkiyədə 2016-cı il iyulun 15-də hərbi çevrilişdə mühüm rol oynayan şəxslərlə əlaqədə olduğu bildirilib. Çevriliş cəhdindən az sonra Qraham Fullerin 15 iyulda Türkiyədə olduğu və bir gün sonra gizli yollarla qonşu ölkələrdən birinə qaçdığı açıqlanmışdı./publika.az

Xəbər lenti