Xəzər Xəbər

Saakaşvili Kiyevdə tutuldu, aclıq aksiyasına başladı

Dünya | 09:48 • 9 Dekabr 2017
Saakaşvili Kiyevdə tutuldu, aclıq aksiyasına başladı

Gürcüstanın və Odessanın sabiq rəhbəri Mixail Saakaşvili Kiyevdə saxlanılıb.

Bu barədə eks-prezidentin tərəfdarları məlumat yayıblar. Bildirilib ki, Saakaşvili müalicə üçün getdiyi xəstəxanada Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tutulub.

Saakaşvili saxlanıldığı istintad təcridxanasında müddətsiz aclıq aksiyasına başladığını bəyan edib. O, həmçinin tərəfdarlarını ona qarşı irəli sürülən ittihamlara inanmamağa çağırıb.

Məlumata görə, bu gün Saakaşvili barədə məhkəmə qərar verəcək. Odessanın keçmiş qubernatorunun tərəfdarları Dövlət Təhlükəsizlik Xidmətinin yerləşdiyi binanın ətrafına toplaşırlar.

Qeyd edək ki, Saakaşvili Ukraynada dövlət çevrilişinə cəhddə ittiham olunur.

Xəbər lenti