Xəzər Xəbər

Kaliforniyada fövqəladə vəziyyət elan edildi

Dünya | 09:32 • 9 Dekabr 2017
Kaliforniyada fövqəladə vəziyyət elan edildi

ABŞ prezidenti Donald Tramp meşə yanğınları ilə əlaqədar Kaliforniya ştatında fövqəladə vəziyyət rejimi elan edib.

Bu barədə Ağ ev məlumat yayıb.

Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatının cənubunda meşə yanğınları tüğyan edir. Yanğınlar nəticəsində azı 2 nəfər həlak olub.

Yanğınların əhatə etdiyi rayonların sayı 6-ya, ümumi sahəsi 57 min hektara çatıb. Azı 500 evin yandığı, fəlakət zonasından 190 minə yaxın insanın təxliyə olunduğu bildirilir.

Xəbər lenti