Xəzər Xəbər

Poroşenko Saakaşviliyə şəffaf məhkəmə sözünü verib

Dünya | 16:10 • 8 Dekabr 2017
Poroşenko Saakaşviliyə şəffaf məhkəmə sözünü verib
Ukrayna prezidenti Pyotr Poroşenko Vilnüsdə litvalı həmkarı ilə birgə iştirak etdiyi mətbuat konfransında bildirib ki, "Yeni Qüvvələrin Hərəkatı" partiyasının lideri Mixail Saakaşvilinin istintaqı şəffaf olacaq. Bu barədə "TASS" agentliyi məlumat yayıb.

Poroşenko qeyd edib ki, Saakaşvilinin vəziyyətinə beynəlxalq diqqət yoxdur. Onun sözlərinə görə, konkret cinayət hadisəsi var ki, bununla bağlı istintaq və məhkəmənin şəffaflığını təmin etmək lazımdır: "Biz demokratik dövlət kimi buna zəmanət verməliyik. Əgər kimsə həbsdən qaçır, qanunu pozur və sərhədi qanunsuz keçirsə, buna görə məsuliyyət daşımalıdır"./faktxəbər

Xəbər lenti