Xəzər Xəbər

Qətlə yetirilən prezidentin vəsiyyəti: “Məni xainlər əhatə edir...”

Dünya | 15:14 • 8 Dekabr 2017
Qətlə yetirilən prezidentin vəsiyyəti:

Yəmənin sabiq prezidenti Əli Abdulla Salehi ölümündən bir gün əvvəl vəsiyyət yazaraq xalqı ölkəni "cinayətkar üsyançılara”a təslim etməməyə çağırıb.

Bu barədə "əl-Arabiya” telekanalı məlumat yayıb.

"Əgər bu kağızı tapsanız, bilin ki, vətən qiymətlidir və biz onu təslim edə bilmərik. Mənim övladlarım və xalqıma vəziyyətim budur – bu cinayətkar üsyançılara təslim olmayın, Yəmən Respublikasını təslim etməyin, onların gecə kabusu olun”, - deyə Salehi vəsiyyətində yazıb.

Ölümündən bir müddət əvvəl yazılan vəsiyyətdə Əli Abdulla Salehi onu Yəməni ucuza satan xainlərin əhatə etdiyini, yəmənliləri salamladığını və onlarla cənnətdə görüşəcəyini vurğulayıb.

Qeyd edək ki, Əli Abdulla Salehi dekabrın 4-də üsyançılar tərəfindən qətlə yetirilib, oğlu isə girov götürülüb./azvision.az

Xəbər lenti