Xəzər Xəbər

Üzü dəyişdiriləcək və... ABŞ-ın Zərrabla sövdələşməsinin ŞOK DETALLARI

Dünya | 14:18 • 8 Dekabr 2017
Üzü dəyişdiriləcək və...

ABŞ-ın İrana qarşı tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilən azərbaycanlı iş adamı Rza Zərrabın ABŞ-la əldə etdiyi 7 səhifəlik razılaşmanın detalları ortaya çıxıb.

Razılaşmanın detalları Nyu-York Vəkillər Bürosunun üzvü Kortan Toygar tərəfindən "Milliyyət” nəşrinə açıqlanıb.

Vəkilin sözlərinə görə, Zərrab razılaşma çərçivəsində aşağıdakı ittihamları qəbul edib.

1. ABŞ, xüsusilə ABŞ Maliyyə Nazirliyini aldatmaq üçün plan qurmaq (maksimum 5 il həbs cəzası, 250 min dollar pul cəzası, ya da bu yolla qazanılan pulların 2 qatı).

2. Beynəlxalq Təcili İqtisadi Güc Qanununu pozmaq üçün plan qurmaq (International Emergency Economic Powers Act) (maksimum 20 il həbs, 1 milyon dollar pul cəzası, ya da bu yolla qazanılan gəlirin 2 qatı).

3. Bank sistemində saxtakarlıq (maksimum 30 il həbs, 1 milyon dollar və ya bu yolla əldə edilən gəlirin 2 qatı).

4. Bank sistemində saxtakarlıq etmək üçün plan qurmaq (maksimum 30 il həbs, 1 milyon dollar və ya bu yolla əldə edilən gəlirin 2 qatı).

5. Çirkli pulları yumaq (maksimum 20 il həbs, 500 min dollar pul cəzası və ya bu yolla əldə edilən gəlirin 2 qatı).

6. Çirkli pulların yuyulması üçün planlar qurmaq (maksimum 20 il həbs, 500.000 dollar və ya bu yolla qazanılan gəlirin 2 qatı)

7. Hüquq-mühafizə orqanlarına rüşvət vermək, onları narkotik maddə ilə təmin etmək üçün plan qurmaq (maksimum 5 il həbs, 250 min dollar və ya əldə etdiyi gəlirin 2 qatı).

Kortan Toygar bildirib ki, razılaşmaya görə, "Şahidin mühafizəsi proqramı"na daxil ediləcək olan Zərrab üçün maaş veriləcək, təhlükəsizliyi təmin olunacaq və estetik əməliyyat ediləcək. Onun sözlərinə görə, R.Zərrab bu razılaşmaya getməsəydi, onu 130 il həbs cəzası və 4 milyon 500 min dollar pul cəzası gözləyirdi./publika.az

Xəbər lenti