Xəzər Xəbər

"İsraili qanlı müharibə gözləyir" Kadırov

Dünya | 13:41 • 8 Dekabr 2017
"İsraili qanlı müharibə gözləyir"

Trampın Qüdsü İsrailin paytaxtı olaraq qəbul etməsi Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu hiddətləndirib. Çeçenistan lideri bu barədə fikirlərini özünün "VKontakte" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

R.Kadırov qeyd edib ki, 3 dinin mərkəzi olan Qüdsü İsrailin paytaxtı kimi tanıyan ABŞ lideri Donald Tramp bu qərarı ilə bütün Fələstin müsəlmanlarının öz muxtariyyətlərinə olan sonuncu ümidlərini də əllərindən alıb:

"Rusiyanın hərbi gücünün dəstəyi ilə Suriyanın İŞİD terror qruplaşmasından təmizləndiyi tarixi bir hadisədən, islam düşmənləri üzərində qələbədən sonra bu qərar xüsusilə bizi hiddətə gətirir. Bu bəyanat illərlə bu çətin və mübahisəli region üzərində siyasi-diplomatik əlaqələri nizama salmağa çalışanların kürəyindən vurulan zərbədir”.

Onun sözlərinə görə, Tramp ABŞ-ı hədələyən təhlükəli müharibəyə İsrail dövlətini də cəlb etməyi düşünür:

"Amerika prezidentinin bu siyasətini necə başa düşmək olar? Çox sadə. Bu addımı ilə Tramp son şübhələri də aradan qaldırdı. Artıq İraq və Suriyanı terror müharibələrinin meydanına çevirənin kim olduğu da bəlli oldu. O bütün bunları özünün "dünya nizamını" yaratmaq üçün edib. Bundan başqa, mən əminliklə deyə bilərəm ki, yumşaq ifadə ilə desək, ABŞ prezidenti Donal Trampın qeyri-adekvat qərarı İsrail dövlətini daha çıxılmaz və qanlı müharibənin içərisinə çəkir. Bundan sonra İsraili genişmiqyaslı müharibələr gözləyir”./publika.az

Xəbər lenti