Xəzər Xəbər

Məbəddə samuray qılıncı ilə qətl 3 ölü

Dünya | 13:12 • 8 Dekabr 2017
Məbəddə samuray qılıncı ilə qətl

Yaponiyanın paytaxtı Tokioda Şinto məbədlərindən birində bir kişi öncə baş rahibəni, sonra başqa bir qadını öldürdükdən sonra intihar edib.

Hadisənin ailədaxili münaqişələrdən qaynaqlandığı təxmin edilir.

Yerli "Kyodo" xəbər agentliyi yazıb ki, 56 yaşında olan cinayətkar Şiqenaqa Tomioka öncə məbədin baş rahibəsi olan bacısını avtomobildən düşərkən öldürüb. Tomiokayla birlikdə hərəkət edən 30 yaşlarında bir qadın isə eyni anda bir yapon qılıncı ilə baş rahibənin sürücüsünü yaralayıb.

Əsas şübhəli, bacısını öldürdükdən sonra ona kömək edən qadını da öldürüb. Sonda isə intihar edib. Hadisə yerində qanlı bir samuray qılıncı tapılıb./AzNews.az

Xəbər lenti