Xəzər Xəbər

Nepalda güclü zəlzələ olub

Dünya | 12:30 • 8 Dekabr 2017
Nepalda güclü zəlzələ olub

ABŞ-ın geoloji xidmətinin məlumatına əsasən Nepalın şərq hissəsində 4,9 bal gücündə zəlzələ baş verib.

Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, zəlzələnin episentri Banepa şəhər bələdiyyəsindən 67 kilometr şimal-şərqdə, yer səthindən 10 kilometr dərinlikdə yerləşib.

Hələlik həlak olanlar, xəsarət alanlar və ya dağıntılar barədə heç bir məlumat verilmir.

Nepal aktiv seysmik zonada yerləşir. Xatırladaq ki, 2015-ci il aprelin 25-də bu ölkədə 7,9 bal gücündə dağıdıcı zəlzələ baş vermişdi. Təxminən iki həftə sonra isə ölkə 7,3 bal gücündə yeni yeraltı təkanlara məruz qalmışdı. O vaxt bu iki zəlzələ nəticəsində 9 minə yaxın insan həlak olmuş, 22 mindən çox insan yaralanmışdı.

Xəbər lenti