Xəzər Xəbər

Fələstin Qüdslə bağlı beynəlxalq məhkəməyə müraciət edəcək

Dünya | 11:47 • 8 Dekabr 2017
Fələstin Qüdslə bağlı beynəlxalq məhkəməyə müraciət edəcək

ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı ilə bağlı Fələstin beynəlxalq məhkəməyə müraciət edəcək.

Trend-in məlumatına görə, bunu Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl deyib.

O qeyd edib ki, Fələstin rəhbərliyi bununla bağlı bütün zəruri addımları atacaq.

Səfir həmçinin vurğulayıb ki, Fələstin ABŞ-ı artıq İsrail-Fələstin sülh prosesinin tərkib hissəsi hesab etmir.

Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.

Xəbər lenti