Xəzər Xəbər

Ukrayna yeni raket sistemini sınaqdan keçirəcək

Dünya | 09:27 • 8 Dekabr 2017
Ukrayna yeni raket sistemini sınaqdan keçirəcək

Ukraynanın ən yeni əməliyyat-taktiki "Qrom” raket sisteminin hazırlanması son mərhələsindədir və il ərzində sınaqdan keçiriləcək.


AZƏRTAC-ın yerli mətbuata istinadla verdiyi məlumata görə, bu barədə Pavloqrad kimya zavodunun direktoru Leonid Şiman açıqlamasında bildirib.


Onun sözlərinə görə, yeni raket sistemi Ukrayna Silahlı Qüvvələrinin istifadəsinə yaxın 3-4 il ərzində təqdim olunacaq.


Qeyd edək ki, yeni raket sistemi hədəflərə bir neçə yüz kilometr məsafədə effektiv şəkildə təsir edə bilir və düşmən hava müdafiə sisteminə 96 faiz nüfuz edir.

Xəbər lenti

Çox oxunanlar