Xəzər Xəbər

Lavrov və Tillerson dünyadakı vəziyyəti müzakirə ediblər

Dünya | 09:12 • 8 Dekabr 2017
Lavrov və Tillerson dünyadakı vəziyyəti müzakirə ediblər

Vyanada Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında görüş keçirilib. 


Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüş ATƏT XİN rəhbərləri Şurasının iclası çərçivəsində baş tutub. Rusiyalı nazir görüşün bir saatadək davam etdiyini bildirib.

Görüş zamanı diplomatlar Suriyaya dair Cenevrə danışıqlarının bərpasını alqışlayıblar, həmçinin, Şimali Koreya ətrafındakı vəziyyəti, ABŞ-ın Əfqanıstandakı yeni strategiyasını müzakirə ediblər.

Diplomatlar, həmçinin, Rusiya və ABŞ prezidentləri arasında Vyetnamda əldə olunan razılaşmaların icrasını müzakirə ediblər.

Rubrikanın digər xəbərləri

Xəbər lenti