Xəzər Xəbər

Fələstin ABŞ-ın vitse-prezidentini qəbul etməkdən imtina edib

Dünya | 09:02 • 8 Dekabr 2017
Fələstin ABŞ-ın vitse-prezidentini qəbul etməkdən imtina edib

Fələstin rəhbərliyi Vaşinqtonun Yerusəlimi İsrailin paytaxtı kimi tanımasına etiraz olaraq ABŞ-ın vitse-prezidenti Maykl Penslə görüşməkdən imtina edib.

Xezerxeber.az "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə hakim FƏTH hərəkatının yüksək vəzifəli nümayəndəsi Cəbril Rəcib bildirib.

Qeyd edək ki, Maykl Pens dekabrda İsrail və Fələstinə səfər etməyi planlaşdırır.

Xəbər lenti