Xəzər Xəbər

Qadın çamadanın içində ölkəni tərk etmək istədi FOTO

Dünya | 14:47 • 7 Dekabr 2017
Qadın çamadanın içində ölkəni tərk etmək istədi

Türkiyənin Artvin əyalətində Sarpi nəzarət-buraxılış məntəqəsində iki qadın saxlanılıb.

Qadınlardan biri çamadanın içərisində Türkiyə-Gürcüstan sərhədini keçməyə çalışıb.

Hüquq-mühafizə orqanları əşyalara baxış keçirərkən çamadanın içərisində 22 yaşlı qızı aşkar ediblər.

Məlum olub ki, onun Türkiyəyə giriş qadağası var imiş.

Sərhəd pozucuları Gürcüstana qaytarılıb.



AzNews.az

Xəbər lenti