Xəzər Xəbər

Putin qərarını rəsmən elan etdi

Dünya | 19:05 • 6 Dekabr 2017
Putin qərarını rəsmən elan etdi

Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə prezident seçkilərində iştirakını rəsmən elan etdi.

SİTA agentliyi xəbər verir ki, Putin bu haqda Nijni-Novqorodda "QAZ” avtomobil zavodunun işçiləri qarşısında çıxışı zamanı bildirib.

"Bəli, mən Rusiya Federasiyasının prezidenti postuna namizədliyimi irəli sürəcəyəm”, - Putin deyib.

Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək.

Xəbər lenti