Xəzər Xəbər

Aprel döyüşlərindən sonra erməni ordusunda döyüş sursatları oğurlanıb

Dünya | 17:02 • 6 Dekabr 2017
Aprel döyüşlərindən sonra erməni ordusunda döyüş sursatları oğurlanıb

2016-cı ilin aprelində Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş döyüşlərdən sonra erməni qoşunlarının hərbi hissələrində döyüş sursatlarının itməsi halları qeydə alınıb.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bununla əlaqədar prokurorluq bir neçə cinayət işi açıb.

Ehtimal olunur ki, silah-sursatı aprel döyüşlərində iştirak etmiş könüllülər özləri ilə aparıblar.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Yerevan sakini Levon Gevorqyan 2016-ci il aprelin 10-dan mayın 19-dək döyüş bölgəsində təlim keçib və qeyri-qanuni olaraq 176 patron ələ keçirib.

Bu patronlar onun mənzilində aşkar olunduqdan sonra barəsində cinayət işi açılıb.

Xəbər lenti