Xəzər Xəbər

Eks-prezidentin ölüm xəbəri yayıldı FOTO

Dünya | 16:12 • 4 Dekabr 2017
Eks-prezidentin ölüm xəbəri yayıldı
Yəmənin sabiq prezidenti Əli Abdullah Saleh öldürülüb. Bu barədə mənbələrə istinadən "Təsnim" agentliyi məlumat yayıb.

Bildirilir ki, Əli Abdullah Saleh Yəmənin Məarib vilayətinə gedərdən Zmmar-Beyza yolunda öldürülüb.

Sabiq prezidentlə birgə onun müavini Arif Zuka və "Milli Konqres" partiyasının baş katibi Yasir əl-Əvazi zirehli maşında həyatını itirib.

Əli Abdullah Saleh 1994-cü ilin oktyabrından 2011-ci ilin noyabrına qədər Yəmənin dövlət başçısı postunu tutub.

Qeyd edək ki, bir neçə gündür paytaxt Səna şəhərində Əl-Husi döyüşçüləri ilə sabiq prezidentin tərəfdarları arasında qarşıdurma gedirdi. Bu gün prezident tərəfdarlarından 200 nəfərin təslim olduqları deyilir./faktxəbər

Xəbər lenti