Xəzər Xəbər

Azərbaycandan Ukraynaya hər ay 8 mindən çox turist gəlir

Dünya | 15:17 • 4 Dekabr 2017
Azərbaycandan Ukraynaya hər ay 8 mindən çox turist gəlir

Bu ilin 9 ayının yekunlarına görə, Azərbaycandan Ukraynaya gələn turistlərin sayına görə, ölkəmiz MDB dövlətləri arasında beşinci yerdədir.


Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Ukrayna Dövlət Statistika Xidmətindən məlumat verilib.


Məlumatda qeyd edilib ki, bu ilin 9 ayı ərzində Azərbaycandan Ukraynaya 72 102 turist gəlib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə nisbətən çoxdur. MDB ölkələri arasında ilk üçlükdə Moldova, Belarus və Rusiya dayanır.


Ermənistandan Ukraynaya gələn turistlərin sayı isə Azərbaycanla müqayisədə təxminən 3 dəfə azdır.


Məlumata görə, bu il ərzində Kiyevə 1,4 milyon xarici turistin gəlməsi proqnozlaşdırılır.


Qeyd edək ki, 2016-cı ildə Azərbaycandan Ukraynaya 105 min 606 nəfər turist gəlib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti